Milli Kitabxanada xatirə sərgisi

 

 

 

   M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin (1897-1962) anadan olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

   Ə.Əliyev 1930-cu illərdə Azərbaycan Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru işləyib, respublikanın səhiyyə naziri (xalq komissarı) olub. 1940-cı illərdə Rusiya Federasiyasının Dağıstan vilayətinə rəhbərlik edib, 1950-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub.

   “Əziz Əliyev-120” adlı kitab sərgisində alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablardövri mətbuat materialları nümayiş olunur.

   Qeyd edək ki, Milli Kitabxanada mütəmadi olaraq Azərbaycanın görkəmli ədəbilərinin və elm adamlarının xatirəsinə həsr olunmuş kitab sərgiləri açılır.

  

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.4.