“Məhəbbət əfsanəsi” baletinin Başqırdıstan premyerası

 

 

 

   Yanvarın 14-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində, Başqırdıstan Dövlət OperaBalet Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası olacaq.

   Bəstəkarın türk şairi Nazim Hikmətin pyesi əsasında yazdığı balet 1961-ci ildən dünya səhnələrini bəzəyir. İndiyədək 60-dan çox teatrda baletin premyeraları keçirilib.

   Başqırdıstan Dövlət OperaBalet Teatrının saytında məlumat verilir ki, səhnə əsərinin quruluşçu dirijoru bu respublikanın Əməkdar incəsənət xadimi German Kimdir.

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.4.