20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş etdiriləcək

 

 

 

   Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdiriləcək.

   Səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

   Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

   Rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

  

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.5.