2017-ci il turizmlə
bağlı daha uğurlu
olacaq
“Həm
Bakıda, həm də bölgələrdə böyük canlanma
olacaqdır. Bizim turizm infrastrukturu
da buna hazır
olmalıdır”
Keçən il ölkəmizdə
35 mehmanxana tikilmişdir,
25 mehmanxana tikilməkdədir,
ümumiyyətlə, mehmanxanaların
sayı Azərbaycanda
500-dən çoxdur. Amma tələbat
daha da artır,
daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha
çox Azərbaycanda
istirahət etməyə
üstünlük verirlər.
Prezident İlham Əliyev
bu sözləri yanvarın 10-da Nazirlər
Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında deyib.
Dövlət başçısı vurğulayıb
ki, Azərbaycanda turizmin inkişafı üçün gözəl
təbiət, şərait,
mehmanxanalar, istirahət
zonaları var: “Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar.
Bu da ölkə
iqtisadiyyatına böyük
mənfəət gətirir.
Biz gələcəkdə turizmdən milyardlarla
dollar vəsait qazanacağıq
və bu, bizim iqtisadi vəziyyətimizə çox
böyük dəstək
olacaqdır”.
Prezident bu xüsusda
“ASAN Viza” sisteminin yaradılmasının əhəmiyyətini
qeyd edib. Bildirib ki, “ASAN Viza”nın fəaliyyəti
nəticəsində ölkəmizə
gələcək turistlərin
sayı bundan sonra da artacaq:
“2016-cı ildə biz bu
istiqamətdə dönüş
yarada bildik. Ümumiyyətlə, turistlərin axını
dünyada mövcud olan iqtisadi durumla
bağlıdır. Əgər vəziyyət
yaxşıdırsa, daha
çox insanlar xarici ölkələrə
turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi
böhran yaşanır.
Buna baxmayaraq, 2016-cı ildə
ölkəmizə gələn
turistlərin sayı
11 faiz artmışdır
və əminəm ki, bu il daha da
artacaq.
Mən hesab edirəm ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. “ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq”.
Prezident
bildirib ki, ölkəyə
turist axını sayəsində həm
Bakıda, həm də bölgələrdə böyük canlanma olacaq. Bizim turizm
infrastrukturu da buna hazır olmalıdır. Sahibkarlar
da bu amili
nəzərə almalıdırlar. İkiulduzlu,
üçulduzlu hotellərin tikintisinə
daha çox fikir verilməlidir: “Bu gün turistlər hara gedir? Harada ki,
təhlükəsizlik, əmin-amanlıq, xaricilərə xoş münasibət, gözəl mənzərə,
tarixi abidələr, yaxşı xidmət,
yaxşı hotellər var. Bunların
hamısı bizdə var. Bəziləri
bizə tarixdən qalıb, bəzilərini biz
özümüz yaratmışıq. Ona görə Azərbaycanı dünyada daha çox tanıyırlar. Bizim
keçirdiyimiz beynəlxalq tədbirlərin
məqsədi budur. Biz
ildə bir neçə mötəbər
beynəlxalq tədbir keçiririk. Qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman
yarışlarını keçiririk. İndi Formula-1 kimi bizim turizm potensialına dəstək
verən ikinci beynəlxalq tədbir ola bilməz. Çünki
ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya
Oyunları ola bilər. Amma Yay Olimpiya
Oyunları bir dəfə keçirilir.
Formula-1 hər il keçirilir.
Artıq bütün infrastruktur
var. Əlbəttə ki,
turizmin inkişafı bundan
sonra da sürətlə
getməlidir”.
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.8.