Mədəni turizmin inkişafı istiqamətində hansı işlər görüləcək?

 

 

   Strateji Yol Xəritəsində bu sahəyə xüsusi yer ayrılıb

  

   Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə yer alan mühüm məsələlərdən biri də ölkəmizdə mədəni turizm marşrutlarının yaradılması ilə bağlıdır.

   Sənəddə vurğulanır ki, Azərbaycan Respublikasının mədəni və tarixi irsi çox zəngindir. Hazırda turistlər üçün əhəmiyyət kəsb edən tarixi-mədəni obyektlərin bərpası və onların ərazi turizm inkişaf planlarının hazırlanması və turizm nümayiş obyekti kimi istifadəsi həyata keçirilməkdədir. Tarixi marşrutlar (Böyük İpək Yolu, məşhur hərbi yürüşlər, tarixi döyüş yerləri və s.) mədəni turizmin bir hissəsi olmaqla, turizmə təsiri və potensialı baxımından hərtərəfli qiymətləndirilməlidir.

   Həmin marşrutların əksəriyyəti müxtəlif əraziləri əhatə edir. Bununla yanaşı, turistlərin zövqünə uyğun əlavə xüsusiyyətlərin (məsələn, şərabçılıq marşrutları) nəzərə alındığı tarixi və mədəni xarakterli turizm marşrutları da yaxşı qəbul olunurpotensial turizm məhsulu kimi prioritetləşdirilə bilər.

   Qeyd olunur ki, bunun nəticəsində Azərbaycan ərazisinin şimal, şimal-qərb və qərb dəhlizi boyunca yerləşən zəngin tarixi-mədəni irsinin təşviqi, eləcə də yerliregional səviyyədə mədəni turizm marşrutlarının yaradılması ilə qonşu ölkələrlə turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlara malik olacaqbu da öz növbəsində bölgəyə turist axınının çoxalmasına, həmçinin turist gecələmələrinin sayının artmasına şərait yaradacaq.

   Sənəddə görüləcək tədbirlər sırasında Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobilpiyada marşrutlarının tərtib edilməsi məsələsi əksini tapıb. Bildirilir ki, keçmişdə Qafqaz bölgəsindən keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olan məşhur Böyük İpək Yolunun oxşarı olaraq ölkənin əsas turizm məkanlarından keçəcək yeniBöyük İpək Yolu” adlı mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdiriləcək və inkişaf etdiriləcək. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti tərəflərlə (o cümlədən yerlərdə bələdiyyələr və sahibkarlar) birlikdə işə başlayacaq. Eyni zamanda mədəni marşrutlar üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının da yaradılması məsələsi nəzərdən keçiriləcək.

   Böyük İpək Yolu” mədəni turizm marşrutu, eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda", "Azərbaycanda şərab yolu", "Azərbaycanda alman izləri", "Azərbaycanda polyak izləri", “Babaların tarixi zəfər və şəhadət yolu” və Naxçıvanda “Nuhun gəmisi” kimi mədəni turizm marşrutları beynəlxalq tələblərə uyğun olaraq yenidən tədqiq ediləcək. Bu marşrutların pasportlaşdırılması həyata keçiriləcək və marşrutlar boyu müvafiq turizm göstəriş nişanlarının yerləşdirilməsi, müxtəlif dillərdə xəritələrin işlənib hazırlanması təmin ediləcək.

   Sənəddə “Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzrə bələdçilik etmək üçün sertifikasiya proqramının işlənib hazırlanmasına da yer ayrılıb.

   Qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi mədəni marşrutlarda bələdçi işləmək üçün sertifikasiya proqramını işləyib hazırlayacaq və bu zaman mədəni marşrutlar boyunca yerləşən regionların yerli sakinlərinin həmin təlimlərdə iştirakına üstünlük veriləcək. Gələn turistlərə yerli əhali tərəfindən region üzrə bələdçilik xidmətinin göstərilməsi, turistlərə evlərin və mənzillərin kirayə verilməsi üzrə təlimlərin keçirilməsi və müvafiq olaraq sertifikatların verilməsi təşkil ediləcək, mədəni marşrutlara dair məlumat verilməsi üzrə vahid metodiki vəsait və sertifikatlaşdırmanı təmin etmək üçün zəruri proqram hazırlanacaq.

   Mədəni turizm marşrutlarının inkişafı üçün bu layihələrə cəlb olunan sahibkarlara təlimlər keçiləcək, onların stimullaşdırılması üçün müəyyən təkliflər veriləcək. Eləcə də yerlixarici turistlərin məmnunluğunu artırmaq üçün bu marşrutlar boyunca avtobusqatarlarla nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə yanaşı, yerləşdirmə vasitələrinin və kampinq ərazilərinin, turist dayanacaqlarının inkişaf etdirilməsində özəl sektorun iştirakının stimullaşdırılması məqsədilə müvafiq tədbirlər görüləcək.

 

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.8.