“Bakıda mənə bələdçilik et

 

 

   Layihənin məqsədi ölkəsini sevən və xarici dilləri bilən gəncləri turizm sahəsinə cəlb etməkdir

  

   Azərbaycan TurizmMenecment Universiteti (ATMU) və “PASHA Travel” şirkəti birgə “Bakıda mənə bələdçilik et” (“Guide me in Baku”) layihəsinə başlayır. Layihə ilə əlaqədar yanvarın 11-də “PASHA Travelin ofisində universitetlə turizm şirkəti arasında anlaşma memorandumu imzalandı. Sənədi ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov və “PASHA Travelin əməliyyatlar üzrə baş direktoru Florian Senqsşmit imzaladılar.

   Eldar Aslanov diqqətə çatdırdı ki, ölkəmizdə turizm bələdçiliyi sahəsində 2008-ci ildən ATMU-nun Təlim Mərkəzi tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də kurslar təşkil edilir. Bu günədək kursları uğurla başa vuran 57 nəfər Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçilərinin Akkreditasiya Komissiyasından keçməklə müvafiq bələdçi kartlarını alıblar. Bələdçi kurslarını bitirmiş şəxslər üçün keçən dövr ərzində Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 (Hands on Traning ) və HOT 2 təlimi təşkil edilib və beynəlxalq sertifikatlar alınıb. Onlardan bir nəfər - almaningilis dili üzrə bələdçi Səkinə Əsgərova 2016-cı ilin dekabrında Beynəlxalq Turizm Bələdçiləri Federasiyasının Kiprdə təşkil etdiyi kursları və imtahanları uğurla başa vuraraq, federasiyanın beynəlxalq bələdçi təlimçisi sertifikatını əldə edib.

   Vurğulandı ki, bu günədək BMT-nin İnkişaf Proqramının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təşkil etdiyi bələdçi kurslarını, Azərbaycan Turizm Assosiasiyasının, ayrı-ayrı QHT-lərin layihələri çərçivəsində təşkil edilən bələdçilik kurslarını bitirmiş şəxslərin də arzu etdikləri vaxt Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçilərinin Akkreditasiya Komissiyasına müraciət edərək akkreditasiyadan keçmək hüququ var: “Akkreditasiya qaydalarına görə, Azərbaycan Respublikası vətəndaşı, ali təhsili olan hər bir şəxs bələdçi ola bilər. Bunun üçün ATMU-nunya digər bələdçi kurslarının məzunu, ya da turizm sahəsində ali təhsilli olmaq lazımdır ki, müvafiq imtahanlardan keçə biləsiniz. Akkreditasiya imtahanları müvafiq xarici dil, dünyagörüşü, bələdçi fəaliyyətinin peşə texnikası üzrə keçirilir. Akkreditasiya Komissiyasının üzvləri Mədəniyyət və Turizm Nazirliyinin, ATMU-nun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri və ölkənin bir neçə təcrübəli bələdçiləridir”.

   Qeyd olundu ki, hazırda ATMU tərəfindən ayrı-ayrı şirkətlər, qeyri-hökumət təşkilatları və fərdlərin müraciəti əsasında üç qrupda 60 nəfər ərəb, ingilis, polyak, yapon, rus, fars və digər dillərdə bələdçi kurslarında iştirak edir. Onların IV İslam Həmrəylik Oyunlarınadək kursları başa çatdırması, akkreditasiya imtahanlarından keçməsi planlaşdırılır.

   Eldar Aslanov “PASHA Travelin ölkəmizə gələn turistlərə daha keyfiyyətli xidmət göstərmək üçün akkreditasiyadan keçmiş bələdçilərlə çalışmaq təşəbbüsünü yüksək dəyərləndirdi. Bildirdi ki, ATMU tərəfindən “PASHA Travelin tələblərinə uyğun, dünya standartlarına cavab verən sillabus hazırlanıb: “Tədris proqramı nəzəri biliklərə yönəlib, coğrafiya, ilkin tibbi yardım, müasir həyat, mədəniyyət və incəsənət, kulinar turizm, tematik turların dizaynı, bələdçi texniki peşə bilikləri, etnoqrafiya kimi fənləri əhatə edirmüasir turistin tələblərinə uyğun formalaşdırılıb”.

   İmzalanan memorandumun əhəmiyyətini vurğulayan Florian Senqsşmit qeyd etdi ki, “PASHA Travel” və ATMU-nun birgə icrasına başladığı layihənin məqsədi ölkəsini sevən və xarici dilləri bilən gəncləri turizm sahəsinə cəlb etməkdir: “Layihə icra olunduqdan sonra turistlər üçün bələdçilik turlarının çeşidləri artırılacaq. Həyata keçirəcəyimiz kursda bütün turistlərin maraqlarını təmin etmək üçün proqram və alətlərin öyrənilməsinə bu sahənin peşəkarları cəlb olunub”. Bu istiqamətdə ATMU-nun zəngin təcrübəyə malik olduğunu deyən F.Senqsşmit bildirdi ki, turizm Azərbaycanda sürətlə inkişaf edən və böyük potensiala malik sahədir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.9.