Audiovizual məhsullar beynəlxalq festivallara çıxma yolları

 

 

 

   Peşəkar kinematoqrafçılar gənclərə təlimlər keçəcək

  

   “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi iləAudiovizual məhsullar beynəlxalq festivallara çıxma yollarıadlı layihəyə start verib. Mərkəzin sədri Fehruz Şamıyev bildirib ki, gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir. Sözügedən layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunacaq.

   Təlimlərdə iştirakçılar audiovizual məhsul onun janrları, beynəlxalq festivallarda iştirak onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat əldə edə biləcəklər.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.12.