Tanınmış şairin xatirəsi yad edilib

 

 

 

   Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) dəstəyi ilə tanınmış şair Ədalət Əsgəroğlunun (1957-2013) 60 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.

   Çıxış edənlər şairin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, şairinYaz ilə gələn sevda”, “Mən sənə aşiqəm, dünya!”, “Sabahını itirməyən adamlar”, “Dərdimizin qan rəngi” və s. kitabları oxucuların rəğbətini qazanıb.

   Bədii qiraət ustaları şairin şeirlərindən ibarət kompozisiya təqdim ediblər. Ədalət Əsgəroğlunun ölümündən sonra AYB-ninaybKitab” layihəsi çərçivəsində nəşr olunan “Yaşamağın dadı” adlı kitabının təqdimatı keçirilib.

   Şairin oğlu Elşad Məmmədov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.14.