Dilçilik İnstitutunun əsərləri” işıq üzü görüb

 

 

   AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğuDilçilik İnstitutunun əsərləri” jurnalının yeni sayı çap olunub. Bu sayda jurnalın baş redaktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Orta əsrlər Azərbaycan lüğətçiliyinə bir baxış” məqaləsi, dosentlər Baba Məhərrəmli, Aynel Məşədiyevanın türk dillərinə aid araşdırmaları, Mayıl Əsgərovun “Azərbaycan multikulturalizmi: dindil siyasətinin inkişaf perspektivləri”, dosent Təranə ŞükürlününBirinci Türkoloji Qurultay - Türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişafına geniş üfüqlər açan əlamətdar hadisə” və s. məqalələr yer alıb.

   Həmçinin filologiya üzrə elmlər doktorları İsmayıl Məmmədlinin “Tofiq Hacıyev-80”, Sayalı Sadıqovanın “Möhsün Nağısoylu-70”, Nəriman Seyidəliyevin “İsmayıl Məmmədli-70” adlı məqalələri oxuculara təqdim edilib.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.15.