Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi

 

 

 

   1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımının 25-ci ildönümü ilə bağlı rəsm müsabiqəsinə start verilib.

   “Xocalı” adlı rəsm müsabiqəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən keçirilir.

   Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini xocali25@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi 20 fevraldır.

   Müsabiqənin nəticələri fevralın 27 və 28-də İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi çərçivəsində elan olunacaq.

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.16.