Milli Dram TeatrındaAlmaztamaşasının premyerası

 

  

 

   Yanvarın 21 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər CabbarlınınAlmazpyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovdur. Tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemət, rejissorları Anar Sadıqov Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

   Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandıracaq. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov və başqaları ifa edəcək. C.CabbarlınınAlmazpyesinin ilk tamaşası 1931-ci il aprelin 13-də olub.

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.2.