Qarabağ mifləri”

 

 

 

   Qədim diyarın tarix və mədəniyyəti ilə bağlı növbəti nəşr işıq üzü görüb

  

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsi olanQarabağ mifləri” adlı təbliğat xarakterli nəşr Azərbaycan, rusingilis dillərində işıq üzü görüb.

   Açıqcalar toplusundan ibarət nəşr Elmi-Metodik Mərkəz tərəfindən qeyri-maddi mədəni irsmilli adət-ənənələrin qorunması, dəstəklənməsi, təbliği, Qarabağın zəngin folklorunun tanıdılması məqsədilə hazırlanıb. Nəşrdə Qarabağ və ətraf rayonların sakinlərinin dilindən toplanmış əfsanə və rəvayətlər, müxtəlif mifoloji obrazlar əksini tapıb, açıqcalardakı cizgilərin hamısı rəvayətlərə uyğun şəkildə çəkilib.

   Toplu üzərində Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodik Mərkəz tərəfindən isə İrina ÖzçobanGünel Şimşək çalışıblar.

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.4.