Əməkdar incəsənət xadiminin 60 illiyi qeyd edilib

 

 

 

   Yanvarın 17-də Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib.

   Tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov, Əməkdar artist, rejissor Elxan Qasımov çıxış edərək Nizami Abbasın yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun Azərbaycan kinosunun inkişafında xidmətlərindən danışıblar.

   Qeyd olunub ki, Nizami Abbas ömrünün 40 ilini kino sənətinə bağlayaraq bir-birindən maraqlı bədii sənədli filmləri lentə alıb. OnunAğ-qara dünya”, “Axırıncı addım”, “Əzablı yollar”, “Kədərimiz... Vüqarımız...”, “Qəm karvanı”, “Məhəmməd Füzuli”, “Laçının son günləri s. kimi sənədli filmləri tariximizin yaddaşlarda hər zaman qorunub saxlanmasına xidmət edib. “Afroditanın qolları”, “Qoca palıdın nağılı”, “Qocalar, qocalar...”, “Şeytan göz qabağında”, “Tənha narın nağılıkimi bədii filmlərdə Nizami Abbas operator kimi öz dəst-xəttini qoruyub. O, eyni zamanda Qarabağ müharibəsində ölkəmiz üçün taleyüklü hadisələrdə həmişə ən qaynar nöqtələrdə kinokamera ilə hadisələri lentə alaraq ölkəmizin salnaməsini yaradıb.

   Sonda çıxış edən Nizami Abbas kinostudiyanın rəhbərliyinə həmkarlarına ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.4.