“Türkiyəyə səfər etməyə davam edin

 

 

   Dünya Turizm Təşkilatının baş katibi ailəsi ilə Türkiyəyə istirahətə gələcəyini deyib

  

   Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai güclü ənənələri olan Türkiyə turizminin gələcəyindən ümidli olduğunu vurğulayıb. “Anadolu” agentliyinə müsahibəsində Taleb Rifai Türkiyə turizminin son 20 ildə dünya miqyasında çox böyük uğurlar əldə etdiyini deyib.

   Son dövrlər Türkiyəni hədəfə alan terror hücumları səbəbiylə turizm sektorunun həssas bir dönəmdən keçdiyini bildirən baş katib dünyanın dörd bir tərəfindən Türkiyəyə səfər etmək istəyən insanlara səslənib: “Türkiyədəki həyatın dünyanın digər ölkələrindən heç bir fərqi yoxdur. Terrorizm qlobal bir problemdir. Bu, sadəcə, Türkiyənin, yaxud Fransa, Belçika, Misir, Tunis Tailandın problemi yox, beynəlxalq problemdir. Mənim, sizin, digərlərinin nəticədə hamımızın problemidir. Terrorizm bəlası ilə dünyanın hər yerində, hər zaman qarşılaşa bilərik. Bundan ötəri Türkiyəyə gedəcək turistlərdə ən kiçik bir şübhə sual yaranmasına gərək yoxdur”.

   Taleb Rifai Türkiyənin hər zaman turizm üçün cazibəli ölkə olduğunu vurğulayıb: “Bəzən problem yaşandığında dünyanın sizdən ayrı düşdüyünü zənn edirsiniz. Amma elə deyil. Turizm sektoru olaraq Türkiyənin təqdim etdiyi məhsul xidmətlər çox möhtəşəmdir. Ölkəyə edilən bu cür hücumların məqsədi Türkiyə iqtisadiyyatına siyasətinə zərər vermək, ölkəni qaralamaqdan ibarətdir”.

   Yaxın vaxtlarda Türkiyənin mədəniyyət turizm naziri Nabi Avcının dəvəti ilə bu ölkəyə səfər edəcəyini deyən baş katib turistik bölgələrə baş çəkəcəyini turizm sektorunun nümayəndələri ilə görüşəcəyini diqqətə çatdırıb: “Ailəmlə birlikdə Türkiyəyə səfər edəcəyəm. Köklü güclü təməllər üzərində qurulan Türkiyə turizminin gələcək inkişafından olduqca ümidliyəm”.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.8.