Yuğ teatrında “Söz” layihəsi

 

   Mikayıl Müşfiqə həsr olunmuş şeir gecəsi

  

   Yanvarın 27-də Azərbaycan Dövlət Yuğ Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan bildirilib ki, “Sözün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə “Yuğun aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq.

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.10