Kitabxanada tanınmış yazıçının 90 illiyi ilə bağlı tədbir

 

 

 

   Neftçala rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsində tanınmış yazıçı Vidadi Babanlının anadan olmasının 90 illiyi ilə əlaqədar biblioqrafik icmal təşkil olunub.

   Tədbirdə şöbənin baş kitabxanaçısı M.Aslanova yazıçının keçdiyi həyat və yaradıcılıq yolundan, müasir Azərbaycan ədəbiyyatını zənginləşdirən, həyat həqiqətlərinin real təsvirini verən əsərləri haqqında məlumat verib. Yazıçının “Vicdan susanda” romanında sevgi, məhəbbət obrazları və əsərdə baş verən hadisələr haqqında maraqlı detallar diqqətə çatdırılıb.

 

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.11.