Foto sənəti üzrə mükafatlar təqdim edildi

 

 

   Əsas mükafat sahibsiz qaldı

  

   Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin (AFB) “İlin fotoqrafı-2016” mükafatlandırma mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirə daha çox gənc fotoqraflar qatılmışdılar.   

   Keçən il fotoqrafiya sənətində qazandıqları uğurlara görə ayrı-ayrı fotoqraflar AFB tərəfindən müxtəlif mükafatlarla təltif olundular. Tədbirdən öncə tamaşaçılar foyedə Orxan AslanovunMy Azerbaijan” adlı fotosərgisi ilə tanış oldular. Açılışda gənc tarzən Asim Pirimov bəstəkar Cahangir CahangirovunAna” mahnısını ifa etdi.

   Tədbiri giriş sözüylə AFB-nin sədri Mirnaib Həsənoğlu açaraq XIX yüzilin sonlarından ölkəmizdə bir sənət sahəsi kimi yaranmağa başlayan fotoqrafiya sənətinin keçdiyi yoldan, eləcə də 15 ildən artıqdır ki, təşkil edilən ənənəvi mükafatlandırma mərasiminin önəmindən bəhs etdi.

   Sonra Azərbaycan foto sənətində 2016-cı ilin yekunları elan edildimükafatlar sahiblərinə təqdim olundu.

   Fotoqrafiya sənətində yaradıcılığı, araşdırmaları, bu sahədə xidmətlərinə görə Ramiz TarverdiyevHicran Babayev AFB-nin fəxri fərmanları ilə təltif edildilər.

   Azərbaycan tarixi haqda elmi araşdırmaların müəllifi, ilk fotoqraflarımızdan biri, 1939-cu ildə repressiya qurbanı olmuş arxeoloq Ələsgər Ələkbərov vaxtilə bu yöndə göstərdiyi xidmətlərinə görə AFB tərəfindən fəxri fərmana (ölümündən sonra) layiq görüldü.

   1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında (Ukrayna) baş vermiş faciə haqqında fotojurnalist layihəsini həyata keçirmiş Orxan Əzim “Çerno bıl - 30” fotosərgisinə görə diplomla mükafatlandırıldı.

   Şahvələd EyvazovÇelyabinsk Diyarşünaslıq Muzeyinin (Rusiya Federasiyası) direktoru, Rusiya Fotorəssamlar İttifaqının bölgə şöbəsinin sədri Vladimir Boqdanovski “Azərbaycan fotoqrafiyasının dostları” mükafatına layiq görüldülər.

   Hüseyn Hüseynzadə adına “Ümid” mükafatı Toğrul Həsənbəyliyə, “ArtFaktor” şirkətinin təsis etdiyi “Bədii fotoqrafiya” mükafatı Orxan Aslanova təqdim edildi. Bundan əlavə, Yeganə Əbdülməmmədova “İlin rejissoru”, Orxan Aslanovİlin layihəsi”, Məmməd Əliyev “İlin kuratoru”, Orxan Əzim “İlin sərgisi” mükafatları ilə təltif olundu. Nail Əhmədov fotoməsləhətçi layihəsinə görə mükafatlandırıldı.

   Həmçinin, AFB tərəfindən fotoqrafiya sənətinə verdiyi töhfələrə görə müxtəlif şəxslərə fərman və təşəkkürnamələr verildi.

   Bununla yanaşı, əsas mükafat olanİlin fotoqrafı”, habelə “İlin press fotoqrafı”, eləcə də qızıl, gümüşbürüncArqus” mükafatları heç kəsə verilmədi.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.12.