Azərbaycanlı artist “Cəvahiratbaletində

 

 

   Brilyant qaşa aid partiyanı ifa edəcək

  

   Fevralın 16-da Sankt-Peterburqda xoreoqraf Corc BalançininCəvahiratbaleti nümayiş etdiriləcək.

   Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının ikinci səhnəsində nümayiş olunacaq baletdə brilyant qaşa aid partiyanı həmvətənimiz Timur Əsgərov təqdim edəcək.

   Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir əsl mənasını yalnız bütöv halda kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

   Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda olub.

  

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.12.