Güney Azərbaycan ədəbiyyatına
dair kitabların təqdimatı
Yanvarın 13-də Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın əməkdaşı Esmira Fuadın “Güney Azərbaycanda çağdaş ədəbi proseslər” və “XX əsr Güney Azərbaycan epik şeiri” kitablarının təqdimat mərasimi keçirilib.
Filologiya elmləri doktoru Asif Rüstəmli, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Şəmil Sadiq, Cavanşir Yusifli, Şahbaz Musayev və başqaları kitabların ədəbiyyat nəzəriyyəsi sahəsində əhəmiyyətindən söhbət açıblar.
Qeyd olunub
ki, müəllif hər iki
kitabda Cənubi Azərbaycan ədəbiyyatının
ötən əsrdə inkişafını, o
cümlədən ədəbiyyatşünaslıqda az öyrənilən poema
janrının inkişaf mərhələlərini
araşdırıb.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.13.