Londonda Azərbaycan muğamına həsr olunmuş tədbir
London Universitetinin
Şərq və Afrika araşdırmaları
fakültəsində (SOAS) tanınmış musiqişünas,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Sənubər Bağırova “Azərbaycanda
muğam: Yeni tendensiyalar və klassik ənənələr”
mövzusunda mühazirə
ilə çıxış
edib. Mühazirə
SOAS Musiqi Departamenti, “Vostok” Cəmiyyəti və Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) birgə əməkdaşlığı
ilə baş tutub.
Tədbirə
SOAS-ın mühazirəçisi
və vaxtaşırı
BBC Radio 3-də musiqi icmalçısı
kimi çıxış
edən Lüsi Düran, dünyanın aparıcı dövri musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru və “Evening
Standard” qəzetinin köşə
yazarı Saymon Brouton da daxil
olmaqla 70-dən çox
iştirakçı qatılıb.
S.Bağırova muğamın klassik ənənələri barədə danışaraq bildirib ki, Azərbaycan muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib. O həm Azərbaycan, həm də xarici musiqiçilərin ifalarını təhlil edərək deyib ki, bu ifaçılar muğam ənənəsinə yeni yanaşma tətbiq edir, klassik musiqi ilə caz musiqisini muğamla birləşdirərək çox gözəl effekt yaradırlar.
Mühazirə Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub. Rafiq Rüstəmov Ağdamda doğulub. “Qarabağ bülbülləri” ansamblının rəhbəri olub. Onun “Bayatı-Şiraz” muğamından bir parça və “Rast” muğamının variantlarını virtuoz şəkildə ifa etməsi dinləyicilərdə rəğbət doğurub.
Mədəniyyət.- 2017.- 20
yanvar.- S.7.