Muzeydə maraqlı sənət nümunələri

 

   Daim ekspozisiyasını yeniləyən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni ilin ilk maraqlı sərgisi təşkil olunub. Sərgidə nümayiş olunan materiallar içərisində misdən hazırlanmış camlar, mistuncdan bəzəklər, müxtəlif formalı tunc çəki daşları, əqiq muncuqlar, şüşə bilərziklər, sümükdən iynə qabları, düymələr, üzüklər, bıçaq dəstəkləri, gildən hazırlanmış iy başlıqları və s. ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.15.