İncəsənət məktəblərində ədəbi-musiqili kompozisiya

 

 

   Yanvarın 19-da Bakıdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

   Tədbirin aparıcısı - məktəbin nəzəriyyə müəlliməsi, musiqişünas Nabat Əsgərova Qanlı Yanvar haqqında acı həqiqətlərdən söz açıb. 1990-cı il yanvarın 20-nə keçən gecə baş verən hadisələr barədə videomateriallar nümayiş olunub.

   Məktəbin şagirdlərinin ifalarında muğam sədaları altında dərin hüznlü şeirlər söylənilib.

   * * *

   Qax rayon Uşaq incəsənət məktəbində də “20 Yanvar tariximizin qan yaddaşı” adlı tədbir keçirilib. Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.

   Məktəbin direktoru Xatirə İmamova “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda çıxış edib. Şəhidlərin xatirəsi həzin muğam parçaları ilə yad edilib, şeirlər səslənib.

 

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.15.