Sofiya kinofestivalında Azərbaycan filmi gecəsi

 

 

   Xəbər verdiyimiz kimi, C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında lentə alınmış “4.1 Şəhər motivlərikinoalmanaxı (“Qonşu qadın”, “Yuxarıda aşağıda”, “KədərimDmitrov küçəsi 86” qısametrajlı filmləri) rejissor Mirbala SəlimlininQırmızı bağtammetrajlı bədii filmi yanvarın 12-dən 29-dək Bolqarıstan paytaxtında keçirilən “Sofia MENAR” beynəlxalq film festivalında iştirak edir. Hər iki ekran əsəri festivalınFokusproqramında yer alıb.

   Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.

   Filmin nümayişindən əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “MENAR” film festivalında ilk dəfə təmsil olunan ölkəmizin bu nüfuzlu tədbirə iki filmlə qatıldığını bildirib. Diqqətə çatdırıb ki, gələn il Azərbaycan kinematoqrafiyası 120 illik yubileyini qeyd edəcək. Ölkəmizdə film sənayesinin yaranması kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf edir. O, “Qırmızı bağŞəhər motivlərifilmləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, “Qırmızı bağfilmi babaları bəy olmuş, özü isə müəllim işləyən bir insanın həyatından bəhs edir. Bu film Qazaxıstan, Almaniya, Misir Türkiyədə keçirilən nüfuzlu beynəlxalq festivallarda nümayiş olunub. İkinci nümayişi yanvarın 28-də olacaqŞəhər motivlərikinoalmanaxı Bakı onun sakinlərindən bəhs edən qısa novellalardan ibarətdir.

   SonraQırmızı bağfilmi nümayiş olunub izləyicilərin böyük marağına səbəb olub.

   Qeyd edək ki, festival bolqar cəmiyyətinə islam dünyasının mədəniyyəti ənənələri ilə tanış olmaq imkanı yaradır. “MENAR” film festivalı Balkan regionunda islam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.

  

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.15.