Məşhur opera cütlüyü Oman Kral Opera Teatrında çıxış edəcək

 

 

 

   Dünya operasının məşhur cütlüyü - rusiyalı ulduz Anna Netrebko (soprano) azərbaycanlı Yusif Eyvazov (tenor) martın 3-də Omanın paytaxtı Masqatda Kral Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə məlumat musiqiçilərin Kral Opera Teatrının saytlarında yer alıb.

   Rusiyanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə çıxış edir. Onun solo diskləri dünyada geniş yayılıb.

   Karyerasına İtaliyanın teatrkonsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.2.