Azərbaycan bəstəkarının əsərlərindən ibarət kitabın Londonda təqdimatı

 

 

   Fevralın 9-da Londonda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə onun fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı keçiriləcək. Tədbirdə LitvaRusiya pianoçusu Yelena Makarova kitabda yer alan musiqi əsərlərindən nümunələr səsləndirəcək.

   Pianoçu həmçinin aprelin 5-də Nyu-YorkdaCarnegie Hallda keçiriləcək qala-konsertdə Cövdət Hacıyevin əsərlərini ifa edəcək. Konsert barədə məlumat “Carnegie Hallun saytında da yerləşdirilib. Gələcəkdə müvafiq konsertin Bakı, Moskva, Vyana şəhərlərində və Floridada (ABŞ) keçirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.4.