Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək

 

   Martın 17-dən 19-dək Avropa Müsabiqə Komitəsi, İtaliyanın “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyası və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək.

   Baş idarədən bildirilib ki, festival-müsabiqənin qaliblərinin martın 19-da qala-konserti olacaq.

   Münsiflər heyətinin tərkibində Rusiyanın Əməkdar artisti, musiqişünas Qalina Preobrajenskaya və fəxri qonaq kimi Fabio Lamborgini yer alacaq.

   Festival-müsabiqə müxtəlif nominasiyalaryaş kateqoriyaları üzrə keçiriləcək. Festivala müxtəlif ölkələrdən solistlər və müxtəlif yaradıcı kollektivlər dəvət olunub.

 

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.4.