Gənc yazıçılar üçün ssenari kursları

 

 

   Gənc yazıçılar üçün 3 ay müddətinə ssenari kursları təşkil olunacaq. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparacağı ssenari kurslarının iştirakçıları ümumi nəzəri biliklərə yiyələnəcəklər. Kurslarda iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

   Yazıçı bildirib ki, ssenari kurslarının dinləyiciləri üçün seminarlar bir neçə istiqamətdə aparılacaq. İlkin mərhələdə filmin ideyasının qoyulması və bədii həllinin müəyyənləşdirilməsi, süjet xəttinin inkişaf üsulları haqqında məlumatlar veriləcək.

   Hər həftənin şənbə günü təşkil ediləcək kursların iştirakçılarına sonda sertifikatlar veriləcək.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.4.