Tanınmış aktyorun yaradıcılığına həsr olunmuş virtual sərgi

 

 

 

   Milli Arxiv İdarəsinin elektron xidmətlər mərkəzi tanınmış teatrkino aktyoru, Əməkdar artist Hacıməmməd Qafqazlının həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi təşkil edib.

   Virtual sərgi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanıb. Sərgidə sənətkarın müxtəlif illərdə yaradıcılığını əks etdirən 20-dək foto yer alıb.

   1898-ci ildə Lənkəranda şair ailəsində dünyaya göz açan aktyor teatr tamaşalarında 200-dək bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Eyni zamanda, aktyorBir məhəllədən iki nəfər”, “Yeddi oğul istərəm”, “Şərikli çörək” və digər filmlərdə ifa etdiyi rollarla tamaşaçıların rəğbətini qazanıb.

   Aktyorun çəkildiyi son film “Mosfilm”in istehsal etdiyi “Tehran-43” filmi olub. Hacıməmməd Qafqazlı 1982-ci ildə dünyasını dəyişib.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.5.