Bakı Uşaq Teatrının səhnəsində “Vətən” tamaşası

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrında Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Vətən” tamaşası nümayiş olunub. İdeya müəllifi İntiqam Soltana, quruluşu İntiqam SoltanAyşad Məmmədova məxsus tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə olunub. Rolları Niyaz Qasımov, Rauf HüseynliCavanşir Məhərrəmov canlandırıblar.

   Bayrağımızın yaranmasından, Azərbaycanın müstəqilliyə doğru keşməkeşli yolundan bəhs edən tamaşa maraqla qarşılanıb.

   Səhnə əsəri yanvarın 27-dək müxtəlif mədəniyyət ocaqlarında nümayiş olunacaq.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.5.