Uğurlu rəsm əsəri” müsabiqəsinin sərgisi açılıb

 

 

 

   Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonundaUğurlu rəsm əsəri” müsabiqəsinin sərgisi açılıb.

   Mədəniyyət və Turizm NazirliyiARİ-nin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə-sərgidə təsviri sənət ustalarının müxtəlif janrlarda yaratdığı 100-dək rəngkarlıq, qrafika, heykəltəraşlıq, plakat, tətbiqi sənət əsərləri nümayiş olunur.

   ARİ-nin katibi Rafiq Kərimovdan aldığımız məlumata görə, yaxın günlərdə münsiflər heyəti müsabiqəyə təqdim olunmuş əsərləri dəyərləndirəcək və müxtəlif sahələr üzrə qaliblər müəyyən ediləcək.

 

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.5.