Qazaxıstanda Qarabağ hadisələrindən bəhs edən romanın təqdimatı

 

 

 

   Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində azərbaycanlı müəlliflər Şəmil SadiqMüşfiq Xanın birlikdə qələmə aldıqları “Ümidlərin izi ilə” romanının rus dilinə tərcüməsinin təqdimatı keçirilib.

   Ş.Sadiq bildirib ki, təqdimat mərasimində kitab haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, əsər Qarabağ hadisələrindən və Xocalı soyqırımından bəhs edirtarixi detektiv janrda yazılıb.

   Tədbirdə ortaq mədəniyyəti paylaşan iki qardaş xalq arasında ədəbi əlaqələrin genişlənməsinin vacibliyindən söhbət açılıb.

   Sonda müəlliflər kitabı imzaları ilə iştirakçılara təqdim ediblər. Mərasimdə kitabın müəlliflərinə qazax xalqının milli geyimi hədiyyə olunub.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.5.