Azərbaycan dünya turistləri üçün cəlbedici məkanlar sırasında

 

   "Huffington Post" nəşri dünya üzrə səyahət etməyə dəyər 17 əsrarəngiz məkanı təqdim edib

  

   ABŞ-ın "Huffington Post" internet nəşrində turistlər üçün ən cəlbedici məkanlar haqqında səyahət tanıtımı yazısı dərc olunub. “Səyahət etməyi heç vaxt düşünmədiyiniz, ancaq səyahət etməyə dəyər 17 əsrarəngiz məkan” başlıqlı materialda 2017-ci ildə turistlər üçün cəlbedici ola biləcək ölkələr təqdim edilib. Siyahıda Azərbaycan da yer alıb.  

   Nəşr Xəzər dənizinin sahilində, İranRusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı "əl dəyməyən yer" adlandırır.

   "Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıdan, qədim memarlığın nadir nümunəsi kimi UNESCO-nun Dünya irsi siyahısına düşən İçərişəhərdən başlamağı məsləhət görür. Qeyd olunur ki, Bakı qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin “qalaları”nı özündə cəmləşdirir.

   Yazıda Hökumət evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğu vurğulanır, Bakıda, həmçinin muzeylər, teatrlar, kitabxanaopera olduğu bildirilir.

   "Huffington Post" Quba rayonunun məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək macəralı səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını qeyd edir.

   Nəşrin səyahət tanıtımı yazısında 2017-ci ildə turistlər üçün digər maraqlı ünvanlar Cənubi Koreya, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador, Qvatemala, Uruqvay, Rumıniya, Sloveniya, Namibiya, Laosbaşqa ölkələr haqqında da məlumat verilir. Materiala bu linkdə baxa bilərsiniz:

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.9.