Xorvatiya jurnalında Azərbaycan haqqında məqalə

 

 

   Tanınmış aktyor ölkəmizə səyahəti barədə təəssüratlarını bölüşüb  

   Xorvatiyanın Split şəhərindən olan tanınmış aktyorsahibkar Viçko Balanjiç Azərbaycana məqalə həsr edib. O, Azərbaycana səyahəti barədə təəssüratlarını Xorvatiyanın qabaqcıl “Gloria” jurnalında çıxan məqaləsində bölüşüb.

   Yazıda müəllif Bakının müasir memarlığına, mədəniyyətinə və incəsənətinə valeh olduğunu vurğulayır.

   Viçko Balanjiç ölkəmizin tarixi, milli mətbəximiz, habelə Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” barədə məlumatlar verib. Azərbaycanın təbiətinə heyran qaldığını yazan aktyor buraya yenə gələcəyini bildirir.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.8.