“Əli və Nino” tamaşası təqdim olunacaq

 

 

   Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gənclər Fondunun dəstəyi ilə “Özün üçün teatrı kəşf et” layihəsi çərçivəsində gənc tələbələrdən ibarət yaradıcı qrupun hazırladığı “Əli və Nino” tamaşası təqdim olunacaq.

   Layihə teatr tamaşaları vasitəsilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməklə, gənclərimizi daha da dərindən maarifləndirmək və onlara tariximizi sevdirmək məqsədi daşıyır. Tamaşa rus dilində nümayiş olunacaq.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.10.