Gəncə Dram Teatrının aktyoru vəfat edib

 

 

 

   Gəncə Dövlət Dram Teatrının aktyoru, rejissor, Əməkdar artist Faiq Qasımov yanvarın 23-də, 69 yaşında vəfat edib.

   Faiq Məsim oğlu Qasımov 1948-ci ildə anadan olub. Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. U.ŞekspirinOtello”, M.F.Axundzadənin “Hacı Qara”, S.VurğununVaqif”, B.BrextininÜç qəpiklik opera” və s. əsərlərin tamaşalarında oynayıb. 1994-cü ildən teatrda quruluşçu rejissor kimi fəaliyyət göstərib. S.S.AxundovunTamahkar”, S.Rəhmanın “Toy”, Hidayətin “Bu dünyanın adamları”, C. Cabbarlının “Solğun çiçəklər”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan” və başqa əsərlərə quruluş verib. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü , “Qızıl dərviş” mükafatının laureatı olub.

   Əməkdar artist Gəncədə dəfn olunub.

   Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.14.