“Şəhid şəhər” - respublika uşaq rəsm müsabiqəsi

 

   Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunur

  

   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir.

   İştirakçıların əsərlərini fevralın 15-nə qədər Xətai Sənət Mərkəzinin aşağıda göstərilən ünvanlarına göndərməsi xahiş olunur.

   facebook:(http://www.facebook.com/xsm.art.az/)

   email: xsm.2016@mail.ru

   ünvan: AZ1025. Bakı şəhəri, Xocalı prospekti 62.

   Rəsmdə mövzu düzgün kompozisiyaya üstünlük veriləcək. Müsabiqədə 15 yaşına qədər uşaqlar iştirak edə bilər mövzu sərbəstdir. Yekun sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

 

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.3.