Kitabxanada klassik ədəbiyyat mövzusunda söhbət

 

 

   Neftçala rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində rayon 1 saylı orta məktəbin və “Muğanliseyinin şagirdləri ilə “Azərbaycan klassik ədəbiyyatından nümunələr” mövzusunda söhbət aparılıb.

   Kitabxanaçı Z.Məmmədova N.Gəncəvi, M.Füzuli və İ.Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, mütəfəkkir şairlərin əsərlərində insan gözəlliyinin tərənnümü, humanist ideyalar, ədalətə və kamilliyə çağırış motivləri aparıcı yer tutur.

   Şagirdlər N.Gəncəvinin “Leyli və Məcnun”, ”XosrovŞirin” poemalarından hissələri, M.Füzulinin “Məni candan usandırdı”, İ.Nəsiminin ”Məndə sığar iki cahan” və başqa şeirləri söyləyiblər.

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.11.