Azsaylı xalqların tarixi və adət-ənənələri ilə bağlı filmlər çəkiləcək
AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Folklor studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır. Studiyanın rəhbəri Mahir İbrahimov bildirib ki, əvvəllər səyyar fəaliyyət göstərən studiyada əsasən çəkilişlərə önəm verilirdi. Avadanlıq yox dərəcəsində idi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə ötən il burada bərpa-təmir işləri aparılıb, studiya ən müasir avadanlıqlarla təchiz olunub. Studiyanın rejissoru Qasım Nağıyev, operatoru Əlisəftər Məmmədov, səs rejissoru İffət Əsgərov, səs texniki isə Ramin Abdullayevdir.
Bərpa-təmir
işləri başa çatdıqdan sonra ötən ilin
sentyabrında fəaliyyətə başlayan
studiyada Folklor İnstitutunun nəzdində fəaliyyət
göstərən “İrs”
ansamblının 20 mahnıdan ibarət iki
albomu, AMEA-nın “Keçmişimizi
unutmayaq!” layihəsi çərçivəsində
“Kitabi-Dədə Qorqud” və “Koroğlu”
dastanlarından seçmələr əsasında albom buraxılıb. “Quba
yəhudiləri” etnoqrafik sənədli filmi (33 dəqiqəlik) də studiyanın gördüyü uğurlu
işlərdəndir. M.İbrahimov bildirib ki, studiyada
Azərbaycanda yaşayan bütün
azsaylı xalqların tarixi və adət-ənənələri
haqqında silsilə filmlər çəkiləcək.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.15.