“YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı
Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq.
Mərkəzdən bildirilib ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək tədbirə hər kəs qatıla bilər. Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
Qeyd
edək ki, orkestr
Türkiyə, İtaliya, Fransa,
Yunanıstan, Belçika və Özbəkistanda
təşkil olunmuş festivallarda
uğurla çıxış edib.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.16.