“Ədəbi prosestoplusunun növbəti sayı işıq üzü görüb

 

 

   AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” yaradıcılıq müşavirəsinin məruzələr toplusu işıq üzü görüb.

   İnstitutun direktoru, akademik İsa Həbibbəylinin topluya yazdığı “Janr zənginliyi və gənc qvardiya” sərlövhəli “ön söz”də “Ədəbi proses” yaradıcılıq müşavirələrinin əhəmiyyəti və müsbət nəticələri geniş izah olunub.

   2015-ci ilin ədəbi prosesi müxtəlif istiqamətlər - şeir, poema, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, bədii tərcümə, uşaq ədəbiyyatı üzrə təhlil olunub. İnstitut əməkdaşlarının müasir şeir, ədəbiyyatın janr məsələləri, satira, roman, povest, hekayə janrları, dramaturgiya, ədəbiyyatşünaslığın nəzəri məsələləri, tarixi roman və ədəbi tənqiddən bəhs edən məruzələri 2015-ci il ədəbi prosesi haqqında geniş təsəvvür yaradır.

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.10.