Unutma!” - muzeydə anım tədbiri

 

   Martın 30-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Unutma!” adlı tədbir keçirilib.

   Tədbirdə 1918-ci ilin mart qırğınları haqqında məruzə oxunub, videoçarx nümayiş olunub. Bakı Musiqi Akademiyasının tələbələri və G.Şaroyev adına 35 nömrəli 11 illik Uşaq musiqi məktəbi şagirdlərinin iştirakı ilə soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan bədii proqram təqdim edilib.

   Anım tədbirində Bakı şəhər muzeylərinin əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.7.