Aprel zəfəri” hərbçilər qarşısında nümayiş olunub

 

 

   Füzuli Dövlət Dram Teatrı "Aprel zəfəri” adlı poetik xalq tamaşasını N saylı hərbi hissənin əsgərlərinə təqdim edib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Asif Şirinov quruluş verib.

   2016-cı il Aprel döyüşləri şəhidlərinin həyat yolu və qəhrəmanlıqlarından bəhs edən tamaşa hərbçilərimizə bir daha düşmənə nifrət, vətənə məhəbbət hisləri aşılayıb. Teatrın aktyorlarının ifasında Füzuli rayonundan şəhidlər Elnur Əliyev, Səyyar Quliyev, Orxan Həmidov və Əlvan Hüseynovun obrazları canlandırılıb.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.2.