İrəvan teatrında “Soyqırımı tarixinin dastanı”

 

   1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” əsəri nümayiş olunub.

   Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Sərvər Əliyev və teatrın ədəbi hissə müdiri Nərminə Ağayeva çıxış edərək faciəli tarixdən söz açıblar.

   Tamaşada ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, 1918-ci ildə Nuru paşanın komandanlığı ilə türk ordusunun Azərbaycana köməyə gəlməsi və s. əksini tapıb. Səhnə əsəri vətənpərvərlik ruhlu çağırışlarla yekunlaşır.

   Quruluşçu rejissor və səhnə tərtibatçısı İftixar Piriyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Vaqif Kərimov, Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova və başqaları ifa ediblər.

  

 

 Mədəniyyət.- 2018.- 4 aprel.- S.5.