Mir Cəlal dünyasından sətirlər”

 

   Bişkekdə çap olunub

  

   BişkekinTurar” nəşriyyatında yazıçı-dramaturq, publisist Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli ədib, alim, xeyirxah insan Mir Cəlal Paşayev haqqında esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilib.

   Mir Cəlal dünyasından sətirlər” on iki il əvvəl Azərbaycan dilində işıq üzü görüb, daha sonra rus, ingilis, fransız dillərində nəşr olunub. Kitabı qırğız dilinə Bekten Dıykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.

   Kitaba ədibin ailəsi və qələm dostları ilə çəkilmiş fotoşəkilləri də daxil edilib.

  

Mədəniyyət.- 2018.- 4 aprel.- S.11.