Orqan musiqisi axşamı

 

   M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı keçirilib. Proqramda dahi bəstəkarın vokalinstrumental əsərləri səsləndirilib.

   Əvvəlcə orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Sonra Natəvan Quliyevanın ifasında konsert proqramı təqdim olunub. Konsertdə əməkdar artistlər Töhfə Babayeva (skripka) və Fəridə Məmmədova (soprano) da çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.6.