Uşaq incəsənət məktəbinin kollektivi təltif olunub

 

   Aprelin 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

   İdarə rəisi məktəbin kollektivini uğurlar münasibətilə təbrik edib. Qeyd olunub ki, martın 15-də Beynəlxalq Muğam Mərkəzində görkəmli musiqiçi, cazmen Vaqif Mustafazadənin doğum günü ərəfəsində onun adını daşıyan incəsənət məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Kollektivə gələcək fəaliyyətində yeni nailiyyətlər arzu edən V.Zeynalov Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdlərinə fəxri fərmanlar təqdim edib.

 

 

 Mədəniyyət 2018.- 6 aprel.- S.4.