“Günahsız günahkarlarqastrol səfərində

 

   Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrında hazırlanan “Günahsız günahkarlar” tamaşası 2-4 aprel tarixində Siyəzən, Şabran, Quba, Qusar və Xızı rayonlarında nümayiş olunub. İnsan alveri, bu cinayətkar əməllərin acı nəticələrindən bəhs edən əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

 

Mədəniyyət 2018.- 6 aprel.- S.4.