Dünya turizmində Azərbaycana maraq artıb

 

   DTT-nin baş katibi ölkəmizə ilk səfərinin AİTF sərginə təsadüf etməsindən məmnunluğunu bildirib

  

   Aprelin 4-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb.  

   Nazir Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən görülən işlər barədə qonağa geniş məlumat verib. Qeyd edib ki, bu işlərin məntiqi nəticəsi olaraq ötən il ölkəmizə gələn turistlərin sayı 20 faiz artıb.

   Azərbaycanın regional turizmin inkişafında maraqlı olduğunu qeyd edən Əbülfəs Qarayev uzaq ölkələrdən səfər edən turistlər üçün Azərbaycan-Türkiyə-Gürcüstanı əhatə edən İpək Yolu turizm marşrutunun təklif olunduğunu vurğulayıb.

   Söhbət zamanı turizm sahəsində kadr hazırlığından da danışılıb Azərbaycan Turizm Menecment Universitetinin (ATMU) fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, ATMU Avstriyanın nüfuzlu Krems Universiteti ilə əməkdaşlıq edir tədrisdə bu ali məktəbin proqramından da istifadə olunur, həmçinin məzunların bir qisminə ikili diplom verilir.

   Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi kimi ölkəmizə ilk səfərinin 17-ci Azərbaycan BeynəlxalqTurizm səyahətlərsərgisinə (“AİTF 2018”) təsadüf etməsindən məmnunluğunu bildirib. O, dünya turizmində Azərbaycana marağın artdığını vurğulayıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Dünya Turizm Təşkilatında çox fəal təmsil olunur bu təşkilatın layihələrində yaxından iştirak edir.

   Baş katib Azərbaycanda turizm infrastrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq gələcəkdə Azərbaycana turist axınının daha da artacağına əminliyini ifadə edib.

   Görüşdə daha sonra ölkədə turizm sahəsinin inkişafı ilə bağlı Azərbaycan Dünya Turizm Təşkilatı arasında görülən işlərdən danışılıb.

   * * *

   Aprelin 5-də Dünya Turizm Təşkilatının baş katibi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Zurab Pololikaşvili ulu öndərin məzarı önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Qonaq görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib.

   Dünya Turizm Təşkilatının baş katibini ziyarət zamanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin digər əməkdaşları müşayiət ediblər.

 

Mədəniyyət 2018.- 6 aprel.- S.4.