İki şair qardaşın birSözü

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşanSöz” layihəsinin martın 30-da baş tutan növbəti tədbirinin əsas qəhrəmanları əvvəllər də bu layihədə çıxış etmiş iki gənc şair qardaş - MehmanFirdovsi Rəsulovlar oldular.

   İçərişəhərdəki «Art Tower» qalereyasında keçən poeziya axşamının qonaqları arasında Xalq şairi Sabir Rüstəmxanlı, Xalq artisti, rejissor Ramiz Həsənoğlu, əməkdar artistlər Mələk Abbaszadə və Yaqut Paşazadə, A.Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov və digər tanınmış sənət adamları var idi.

   Söz” layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə təqdimat çıxışında söylədi ki, tədbirə dəvət olunmuş qardaşların istedadına inanır və onlara uğurlu yaradıcılıq yolu keçməyi arzu edir.

   Sonra qardaşlar öz şeirlərini oxudular. Mehman ilk dəfə ötən ilin mayında “Söz” layihəsində debüt edib, sonra daXalq şairiteleviziya layihəsinə qoşularaq, finaladək irəliləyib. Onun filoloji təhsil almış qardaşı Firdovsi də həmin televiziya yarışmasının finalçılarından olub. Tədbir qardaşların şeirlərinin həm orijinalda, həm də layihənin digər iştirakçısı, gənc şairə İren Tasalovanın tərcüməsində rusca səslənməsi ilə də yadda qaldı.

   Layihənin digər sürprizi isə müəllif mahnısı janrını seçmiş 29 yaşlı Elçin Mövsümovun çıxışı oldu.

   Tədbirin qonağı şair Sabir Rüstəmxanlı çıxışında “Söz” layihəsinin uğurundan danışdı və gənc söz adamlarını dəstəklədiyi üçün Nigar Həsənzadəyə təşəkkür etdi: Nigar xanım qısa müddətdə nəinki istedadlı gəncləri öz ətrafına toplaya bilib, həm də ictimaiyyətin diqqətinin onlara yönəlməsinə, gənclər arasında ədəbiyyata marağın dirçəldilməsinə, üstəlik, mənalı ədəbi gecələr ənənəsinin paytaxtımıza qayıtmasına nail olub”.

   Tədbirin sonunda Nigar Həsənzadə gecənin qonaqlarına, layihənin dostlarına təşəkkür etdi, “Söz” layihəsini hər zaman dəstəklədiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə, yaradılmış şəraitə görə “İçərişəhər” qoruğuna və “Art Towerin rəhbərliyinə minnətdarlığını bildirdi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 6 aprel.- S.10.