Musiqi məktəbi şagirdinin solo konserti

 

   Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü Behnam Məhta Məhəmmədəlizadənin solo konserti keçirilib.

   Konsertdən öncə baş idarənin rəisi Vuqar Zeynalov Məhta Məhəmmədəlizadəni əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif edib ona gələcək fəaliyyətində uğurlar arzu edib.

   Daha sonra Məhta Məhəmmədəlizadə qanunda F.Əmirovun “1001 gecəbaletindənFantaziya”, Q.SviridovunFırtınafilminə yazdığıVals”, N.PaqaninininVenesiyada karnaval”, N.ƏliverdibəyovunElegiya”, V.AdıgözəlovunLaylay digər əsərləri səsləndirib.

Mədəniyyət.- 2018.- 11 parel.- S.7.